Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Azərbaycanda mənimlə zibil kimi davrandılar”- Efiopiyalı idmançı

 

“Azərbaycanda mənimlə zibil kimi davrandılar”

 

Yenixeber.org: Azərbaycan millisinin sabiq atleti Layeş Abdullayeva şok açıqlamaları ilə diqqət mərkəzinə düşüb. “Qafqazinfo” xəbər verir ki, “The Guardian” nəşrinə danışan atletika millimizin sabiq üzvü ölkəmizdə başına gələnləri danışıb: 

“Azərbaycanda mənə yaxşı maaş, bahalı evlər, maşınlar vəd etdilər. Qalib gələcəyim halda bunları alacağımı bildirdilər. Amma heç vaxt heç nə qazanmadım. Pulumu oğurladılar. Məni dopinq qəbul etməyə məcbur etdilər. Ora gedənlərə məsləhət görərdim ki, bu vədlərə inanmasınlar. 

Mənə aylıq 300 dollar maaş verirdilər. Amma nəticə qazanacağım halda 1000 dollar verəcəkdilər. Lakin bu baş vermədi. Cəmi 150 dollar alırdım. 8 ay sonra baş məşqçidən soruşdum ki, niyə mənə 1000 dollar maaş vermirsiz. Axı söz vermişdiniz. Dedim ki, federasiya prezidentinə şikatə edəcəm. Nə vaxt ki, danışdım elə həmin vaxt cibindən pulu çıxarıb verdi. Sən demə pulu alıb cibinə qoyurmuş. 

Layeş bildirib ki, 2012-ci il London Olimpiadasına qatılarkən məşqçisi ona dopinq verib: “Stokholmda zədələnmişdim. 2011-ci ildə baş vermişdi bu. Lakin mənə bildirdilər ki, yarışmalısan. Məcbur çıxıb yarışa qatılacaqdım. Sonra mənə bir həb verdilər. Dedilər ki, qorxduğun vaxt bu köməyinə gələcək. Lakin o, yanımdan getdikdə paketi unutdu. Gördüm ki, üzərində “tribulus testosterone” yazılıb. İnternetdən bu barədə araşdırma apardım. Çox qəzəbləndim. Gələcəkdə hamilə olmaqla bağlı problemlə üzləşmək istəmirdim. Amma bu onların vecinə deyildi. 

 

Bir yarışda qazandığım uğura görə mənə dövlət tərəfindən 25 min dollar verildi. Atletika federasiyası isə bunun 7 min dollarını əlimdən aldı. Hətta mənə maaş verməyi də dayandırdı. Azərbaycan üçün əlimdən gələni etdim. Mükafatlarım qaldı. İndi də onlar bunu təkzib edirlər. Çünki mənim kimi idmançı ilə zibil kimi davrandılar”. 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam