Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azərbaycana getməklə səhv etdim” -Sabiq baş məşqçi

“Azərbaycan və İraqa getməklə səhv etdim”.

Yenixeber.org:   Bunu Almaniya mətbuatına müsahibəsində “Qəbələ” futbol komandasının sabiq baş məşqçisi Dorinel Muntyanu deyib.

Fevralın 23-də İraqın “Zaxo” klubu ilə yollarını ayıran 49 yaşlı mütəxəssis bildirib ki, bu təklifi əlacsızlıqdan qəbul edib. O, Rumıniyanın “Astra” klubundan getdikdən sonra işsiz qaldığını, bu səbəbdən İraqda işləməyə razı olduğunu söyləyib: “Yarım il işsiz qalmışdım, birdən Yeni İl qabağı zəng gəldi. İraqa dəvət etdilər. Hər şeyin yaxşı olacağını, işləyəcəyimi düşündüm. Artıq klubun prezidenti də istefa verib. Mənə pul ödənilmədi. Çünki yazılı anlaşma belə yox idi. Yenə işləmək istəyirəm. Daha çox Almaniyada və ya qızım Byankanın da işlədiyi Hollandiyada çalışmaq yaxşı olar. Amma bura çətin bazardır. İş axtaran xeyli məşqçi var. Rumıniyada yaxşı təkliflər olur. Ancaq heç yerdə yaxşı maaş verilmir”.

Qeyd edək ki, Dorinel Muntyanu 2014-2015 mövsümünün ilk yarısında “Qəbələ”nin baş məşqçisi olub və uğursuz nəticələri ilə əlaqədar qovulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam