Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“Adıma təsis olunan şirkətin fəaliyyətindən xəbərsizəm” -Vidadi Zeynalovun sürücüsü

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xeberinfo.com:   Hakim Əfqan Hacıyevin sədrliyi ilə prosesdə şahidlər ifadə verib.

“Akey” MMC-də baş mühasib işləmiş Nigar Əlizadə deyib ki, şirkətin “Carburq” şirkəti ilə müqaviləsi olub: “Şirkətə Ayaz Kərimov rəhbərlik edirdi və biz yalnız xidməti fəaliyyət göstərirdik. Aylıq 10 min dollar bizim hesabımıza “Carburq” şirkətindən pul göndərilirdi. Bizim şirkətdə MTN-ə aid avadanlıqlar vardı”.

Sabunçu Telefon Qovşağının rəisi olmuş Nəriman Salmanovun sözlərinə görə, tenderlərin keçirilməsi ilə bağlı sorğular formal təşkil edilib və siyahılar əvvəlcədən hazırlanıb: “Ayrılan vəsaitlər bəzi hallarda geri qaytarıldı. Mən bunu eşitmişəm ki, tenderlər formal keçirilirdi. Bu barədə rəhbərlik göstəriş verirdi. Rəqəmlər şişirdilirdi. Tenderlərə ayrılan vəsaitin 2,5 faizi bizə çatırdı. Bizə hər ay maaşdan əlavə vəsait ayrılırdı və bu məbləğ işçilər arasında bölünürdü. Bu məbləğin 500 manatı mənə çatırdı”.

Vəkillərin tələbi ilə N. Salmanovun ibtidai istintaqa verdiyi ifadə elan olunub. İfadə göstərilib ki, Beytulla Hüseynovun adından baş mühasibə hər ay 1200 dollar verilib: “2009-2015-ci ildə rəhbəri olduğum telefon qovşağında 13 milyon manat ayrılıb. Baş mühasib Anar Mustafayev tərəfindən Beytulla Hüseynov görülən işlərlə bağlı qiymətləri şişirdib, ancaq bu məbləğin sayını dəqiq deyə bilmərəm”.

Təqsirləndirilən Vidadi Zeynalovun sürücüsü Elçin Əliyev deyib ki, V. Zeynalov onun adına şirkət təsis edib: “O vaxt Vidadi Zeynalov məsləhət verdi ki, mənim yaşayışımı yaxşılaşdırmaq üçün adıma bir şirkət təsis edək. Ona görə TLC şirkətini yaratdı. Buradan gələn gəlirlərin bir hissəsi mənə çatırdı. Amma mən o şirkətin fəaliyyəti ilə bağlı məlumatsızam”.

Nəsimi Musayev deyib ki, “AzİnTelekom” MMC-də iqtisadçı vəzifəsində çalışıb. O qeyd edib ki, maaşından əlavə ayda 1000 manat maaş alıb.

“Azintelekom” MMC-də çalışan Müzəffər Rüstəmov deyib ki, sabiq nazir Əli Abbasovun göstərişi ilə “Carburq” şirkəti ilə müqavilə imzalanıb.

Proses dekabrın 28-də davam etdiriləcək. (APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam