Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

İŞİD-dən “Barselona”, “Real” və “Milan”a qadağa

 

İŞİD terror təşkilatı dünyanın bir çox adlı-sanlı klublarına və yığmalarına qadağa tətbiq edib.

Xeberinfo.com:   Məlumata görə, İŞİD nəzarətində olan ərazilərdə bu komandaların formasında gəzməyi qadağan edib. Terror təşkilatı bununla bağlı siyahı da tərtib edib. Siyahıda "Barselona", "Real", "Mançester Siti", "Mançester Yunayted", "Çelsi", "Milan" kimi klublar, Almaniya yığması da var.

Terror təşkilatı hesab edir ki, futbola sevgi islama ziddir və bütpərəstliyin əlaməti hesab edilir. Terrorçular bəyan ediblər ki, qaydanı pozan hər bir şəxsə 80 şallaq zərbəsi vurulacaq.

Onu da qeyd edək ki, İŞİD-in siyahısında olan klubların demək olar ki, hamısı "Adidas" və "Nike" ilə əməkdaşlıq edirlər.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam