Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Daha bir klub dağılır - 800 min dollar borc

Azərbaycanda daha bir klub dağılır - 800 min dollar borc

 

 

“Lokomotiv” voleybol klubu dağılmaq təhlükəsi ilə üzləşib.
 
Xeberinfo.com:  Apasport.az-ın xəbərinə görə, son mövsümü bürünc medalla başa vuran “dəmiryolçular”ın növbəti birincilikdə mübarizə aparacağı sual altına düşüb.
Komanda üzvlərinə son 4 ayın maaşını verə bilməyən Bakı təmsilçisinin yaxın günlərdə ciddi sanksiya ilə üzləşəcəyi gözlənilir. Belə ki, artıq bir çox əcnəbilər beynəlxalq və Avropa voleybol federasiyalarına şikayət ediblər.
Voleybolçulara 800 min dollara yaxın borcu olan klub bunu ödəyə bilmir. Hətta 2008-ci ildən peşəkar komanda kimi fəaliyyət göstərən “Lokomotiv”in prezidenti Elnar Əsgərov da yeni mövsümdən yaxasını kənara çəkməyi planlaşdırır.
“Azəryol”a qalib gəlməklə, Çempionlar Liqasında iştirak hüququ qazanan “dəmiryolçular”ın avrokubokda da cəzaya məruz qalması istisna deyil. Onların sanksiya ilə üzləşməsi isə Azərbaycan voleybolunun imicinə kölgə sala bilər. Çünki Avro-2017-yə ev sahibliyi edəcək yerli federasiya buna görə beynəlxalq qınağa tuş gələ bilər.
Sorğumuza cavab olaraq, klubdan da voleybolçulara borcun olduğunu təsdiqləyiblər. Lakin komandanın yaşayıb-yaşamamağı ilə bağlı dəqiq məlumat verilməyib: “Düzdü, 800 min dollar borcumuz var. Çempionatı medalla başa vurmuşuq. İndidən nəsə deyə bilmərik. Mövsümdən sonra hər bir klubda belə risk yaşanar”.
Qeyd edək ki, 2012-ci ildə “Çelenc Cup”ı qazanan “Lokomotiv” Super Liqada 3 gümüş və 2 bürünc medal qazanıb. Komanda yeni mövsüm üçün hələlik hansısa voleybolçuya yeni müqavilə də təklif etməyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam