Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Azərbaycana qalib gəlməmək ayıb idi”

a422faa877f051e935e477a5243e23a7

 

“Almaniya yığması əla vəziyyətdədi. Fikrimcə, bu oyun futbolçularımızın səviyyəsini yoxlamaq üçün yaxşı imkandı”.

Xeberinfo.com:  Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın gənclərdən ibarət yığma komandasının baş məşqçisi Nikolay Pisarev deyib.
AVRO-2017-nin seçmə mərhələsi çərçivəsində öz meydanında millimizlə (2:2) bərabərə qalan Rusiya yığması bu gün qrupun lideri Almaniyanı qəbul edəcək.
Pisarev yerli mətbuata açıqlamasında budəfəki görüşün onlar üçün daha asan keçəcəyini bildirib: “Almaniya matçın favoritidi. Amma bizi maraqlı oyun gözləyir. Azərbaycanla görüşdən fərqli, almanlara qarşı oynamaq asan olacaq. Çünki Azərbaycan bütün komanda ilə müdafiə olunurdu. Belə rəqiblə oynamaq da çətin olur. Almanlarla oyunöncəsi əks-hücumların üzərində çox çalışmışıq. Çünki rəqib hücum futbolu göstərir və çox qol vurur. Bu dəfə fərqli oyun olacaq. Tapşırıqlarımız da buna uyğun olacaq. Fikrimcə, matça hazırıq”.
48 yaşlı mütəxəssis yığmamızla görüşdə buraxdıqları səhvlərin üzərində çalışdıqlarını vurğulayıb: “Razıyam, Azərbaycana qalib gəlməmək ayıb idi. Bu görüşün təhlilini aparmışıq. Deməliyəm ki, bizim standart vəziyyətlər zamanı problemlərimiz olur. Qolları da belə buraxırıq. Almaniya ilə matçda bunun təkrarlanmamağına çalışacağıq. Hər kəs maksimum qüvvə ilə mübarizə aparmalıdı. Çünki bu, futbolçular üçün bir şansdı. Özlərini göstərə bilsələr, bu, gələcək karyeralarına da yaxşı mənada təsir edə bilər”.
Qeyd edək ki, Rusiya – Almaniya oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam