Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

“Fenerbahçe”nin azarkeşlərini Moskvaya buraxmadılar

Kreml türk futbol azarkeşlərinin Moskvaya gələ bilməməsi faktında siyasi rəng görmür.

Xeberinfo.com:   Rusiya mətbuatına istinadən xəbərə görə, viza ilə bağlı problemlər üzündən türk azarkeşlər Moskvaya, bu gün axşam “Lokomotiv”lə Avropa Liqasının 1/16 mərhələsinin cavab oyununda “Fenerbahçe”ni dəstəkləməyə gələ bilməyiblər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, burada siyasi rənglər axtarmaq lazım deyil.

“Bu işdə siyasət axtarmağa dəyməz. Bu gün səhər KİV-də gedən məlumatları oxumuşam. Təəssüf ki, hələ bu faktı yoxlamamışam, amma İstanbuldakı Rusiya konsulluğundan bildirilib ki, azarkeşlərdən viza üçün heç kim müraciət etməyib. Buna görə də, sözsüz ki, əgər belə müraciətlər olsaydı və kütləvi imtina halı baş versəydi, imtinanın səbəbini araşdırmaq olardı. Amma əgər vizaya görə heç kim müraciət etməyibsə, hansısa böhrandan danışmaq, yəqin ki, ağılsızlıqdır”, - Peskov belə deyib.

Xatırladaq ki, ötən həftə İstanbulda baş tutmuş oyunda rusiyalı azarkeşlər “Lokomotiuv”i dəstəkləməyə gələ bilmişdilər. Həmin oyunda “Fenerbahçe” 2:0 hesabı ilə qalib gəlmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam