Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Azərbaycanda üç nəfər sənədlərin saxtalaşdırılmasına görə futboldan uzaqlaşdırılıb

Azərbaycanda üç nəfər sənədlərin saxtalaşdırılmasına görə futboldan uzaqlaşdırılıb

Azərbaycanda üç nəfər müxtəlif müddətlərdə futboldan uzaqlaşdırılıb.

Yenixeber.org xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Region Liqasında iştirak edən "Naxçıvan" klubunun baş məşqçisi İsmayıl Hüseynzadə tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığına görə onun 3 (üç) il ərzində futbola aid istənilən fəaliyyətdə iştirak etməsinə qadağa qoyulub.

Eyni turnirdəki "Çinar-Zəngilan"ın idman direktoru Anar Dünyamalıyev tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığına görə onun 3 (üç) il ərzində futbola aid istənilən fəaliyyətdə iştirakı qadağan edilib.

Bundan əlavə, Region Liqasında iştirak edən "Baku TFK"nın icraçı direktoru Rövşən Mustafayev lisenziyaların alınması üçün təqdim olunmuş sənədlərin saxtalaşdırılmasından məlumatlı olduğu üçün onun 1 il 6 ay müddət ərzində futbola aid istənilən fəaliyyətə qatılması qadağan olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam