Redaktor seçimi
AHİK-də daxili intriqalar pik həddə çatır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
Günün xəbəri

”Viləş İdman Klubu”nun yaranmasının 3-cü ildönümü münasibəti ilə “Klublararası yoldaşlıq görüşü” keçirildi-FOTOLAR

“Klublararası yoldaşlıq görüşü”

31 avqust 2025-ci il tarixində “Viləş İdman Klubu”nun yaranmasının 3-cü ildönümü münasibəti ilə “Klublararası yoldaşlıq görüşü” həmin klubun idman zalında keçirildi.
Yenixeber.org: Tədbirdə media nümayəndələrindən biri olan “Azərbaycan Jurnalistlər Birliyi”nin üzvü, yazar, araşdırmaçı jurnalist Aybəniz Abdulova, qonaqlardan “Essella” şirkətinin rəhbəri Səkinə Əliyeva, həkim Mətanət Sadıqova, rəqqasə Elvina Həsənova, psixoloq Lamiyə Bağırova, "Viləş idman klubu’nun fəxri üzvü Şəbnəm Cəfərzadə, Elvin Ağahacıyev, Elvin İsmayılov, İntiqam Həsənov, Elşad Abdullayev, Qurban Tapdıqov, Qafar Quliyev və komandalardan isə "Viləş İdman klubu" nun direktoru Şamil Əbilov, Bayram Əliyev, Xəyal Nəbiyev, Nokaut idman klubundan Elşən, Seymur, Revanş idman klubundan Mirağa, Frifayting idman klubundan Sahib və həmçinin iş adamı Seymur müəllim olmaqla hakimlərdən isə Zamir Məmmədov, Ramiz Nadirov iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə başlanıldı və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sukutla yad edildi.
Tədbiri giriş sözü ilə açan “Viləş İdman Klubu”nun direktoru Şamil Əbilov bildirdi ki, bu gün ölkəmizin Prezidenti İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. İdmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.

Daha sonra yarışa start verildi. Dörd klubdan əlli nəfər idmançı yarışdı. Onların içərisində şəhid ailəsinin üzvü olan Hüseyn Sadıqov qalib gələrək birinci yerə layiq görüldü, diplom və medalla təltif edildi.
Tədbirin sonunda “Viləş İdman Klubu” adından yaranmasının 3-cü ildönümü münasibəti ilə yarışda nəticələri olan idmançılara diplomlar, media nümayəndəsinə və qonaqlara isə təşəkkürnamələr təqdim olundu.
Aybəniz ABDULOVA,
“Azərbaycan Jurnalistlər Birliyi”nin üzvü,
yazar, araşdırmaçı jurnalist










Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam