Redaktor seçimi
Aygün Əliyevanın “Rəfiqə qrantı” seriyasından...-
Gəncə Dövlət Universitetində dekanın montaj qalmaqalı – “Bu, həm etikaya ziddir, həm də cəmiyyətə hörmətsizlikdir” +
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Rəfiqə qrantları” -
Tikiş fabrikindən QHT-lərin Şuşa qrantına açılan yollar -
Əbülfəs Qarayevin biznes şəbəkəsi...-
Gəncə Dövlət Universitetinin rüşvət "bombası" “Lake Hotel”də partladı:
Saleh Məmmədovun “ərköyün” kadrları...-
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
Günün xəbəri

AFFA iki klubun rəsmilərini 5 oyunluq cəzalandırıb

 

AFFA Region Liqasında və U-10 Liqasında çıxış edən klubların rəsmilərini 5 oyunluq cəzalandırıb.

Yenixeber.org-un məlumatına görə, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

AFFA Region Liqasında keçirilən “Çinar Zəngilan” - “Xankəndi” matçı bitdikdən sonra meydan sahiblərinin adı protokolda qeyd edilməyən nümayəndəsi Anar Dünyamalıyev rəqib oyunçunu təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 5 oyunluq diskvalifikasiya edilib.

AFFA U-10 Liqasında keçirilən “Azərbaycan Qartalları” – “Qarabağ” oyunu bitdikdən sonra qonaqların baş məşqçisi Şöhrət Yusifov hakimə kəskin formada etiraz etdiyinə, qeyri-etik ifadələrə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam