Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Azərbaycanın 4 güləşçisi DÇ-də mübarizəyə başlayır

 

Albaniyanın paytaxtı Tiranada güləş üzrə dünya çempionatı keçirilir.

Yenixeber.org xəbər verir ki, bu gün Azərbaycanın sərbəst güləşçiləri yarışda mübarizəyə başlayacaqlar.

Nürəddin Novruzovun (61 kq) 1/8 finaldakı rəqibi Cude Hammer (Quatemala) - Ahmet Duman (Türkiyə) cütünün qalibi olacaq.

Kənan Heybətov (70 kq) təsnifatda hindistanlı Maniş Qosvami ilə qarşılaşacaq.

Orxan Abasov (79 kq) 1/6 finalda Ermənistan güləşçisi Arman Avakyanla üz-üzə gələcək.

Abubakr Abakarov (92 kq) təsnifatda Şimali Makedoniyadam Redjep Haydari ilə qarşılaşacaq.

Həmçinin bu gün qadın güləşçilərimiz təsəlliverici görüşlərini keçirəcəklər. Alyona Kolesnik (59 kq) bu raunddakı rəqibini gözləyir, Elis Manolova isə Meysi Kilti (ABŞ) ilə güləşəcək.

Qeyd edək ki, ötən gün yarışda yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub. Azərbaycan təmsilçiləri Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olublar. Azərbaycan yunan-Roma güləşi millisi isə komanda hesabında birinci yeri tutub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam