Azərbaycan Kuboku:“Kəpəz”, “Araz-Naxçıvan” və “Sumqayıt” mübarizəyə başlayır
Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin digər matçları keçiriləcək.
Yenixeber.org xəbər verir ki, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutacaq.
Premyer Liqa təmsilçilərindən “Kəpəz” “Baku Sportinq”lə, “Araz-Naxçıvan” “Kür-Araz”la, “Sumqayıt” “Lerik”lə üz-üzə gələcək.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
29 noyabr (çərşənbə)
13:30. “Şahdağ Qusar” - “Qaradağ Lökbatan”
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Samir Qaracayev, İslam Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu (canlı, “AzPFL”)
13:30. “Kəpəz” - “Baku Sportinq”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Tovuz şəhər stadionu (canlı, “CBC Sport”)
15:00. “Kür-Araz” - “Araz-Naxçıvan”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Vüqar Bayramov, Emin Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Dalğa Arena” (canlı, “AzPFL”)
18:00. “Lerik” - “Sumqayıt”
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Orxan İbişov, Səbuhi Bayramov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Kapital Bank Arena” (canlı, “CBC Sport”)
Qeyd edək ki, ötən gün “İrəvan”, MOİK, “Karvan”, “Səbail” və “Turan Tovuz” 1/8 finala yüksəliblər. Bu raundun digər matçları dekabrın 30-da reallaşacaq.