Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

"Neftçi" bu gün "Fənərbağça" ilə qarşılaşacaq

Yeni mövsümə Rusiyada hazırlaşan “Neftçi” klubu “Match TV” beynəlxalq turnirində sonuncu oyununu keçirəcək. 

Yenixeber.org:  Adrian Mutunun baş məşqçi olduğu kollektiv Türkiyə təmsilçisi "Fənərbağça" ilə üz-üzə gələcək. 

"Smena" stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. 

"Ağ-qaralar" ilk matçda Rusiya "Zenit"inə 1:3, daha sonra Serbiyanın "Srvena Zvezda" komandasına 0:4 hesabı ilə uduzub. 

Qeyd edək ki, "Neftçi" iyulun 18-də yoldaşlıq oyununda Moskva "Spartakı" ilə görüşəcək. Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək paytaxt klubu II təsnifat mərhələsində "Jelezniçar" (Bosniya və Herseqovina) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk görüş iyulun 27-də səfərdə, cavab matçı isə avqustun 3-də "Bakcell Arena"da keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam