Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Narkotik, içki, qadınlar... -“Neftçi”nin yeni məşqçisinin keçmişi

“Neftçi” Rumıniyanın ən tanınmış futbolçularından biri olan Adrian Mutunu baş məşqçi postuna gətirib. “Qafqazinfo” xəbər verir ki, “Böyük beşlik” çempionatlarında oynaması ilə diqqət çəkən mütəxəssis məşqçilik karyerasının başında olsa da, ölkəsində ona ümidlər böyükdür.

Yenixeber.org: “İnter”, “Çelsi”, “Yuventus” və “Fiorentina”da qazandığı təcrübənin ona kömək olacağı düşünülür. Lakin Mutu böyük futbolçu karyerası ilə yanaşı qalmaqallarla daha çox gündəmə gəlib. İstər İtaliyada, istər İngiltərədə oynadığı zaman şəxsi həyatı ilə diqqət mərkəzinə düşüb.

Mutu futbolçu karyerasının başlanğıcında istedadı ilə Avropa nəhənglərinin diqqətini çəkir. Yüksək sürəti və texniki bacarıqları onun üçün yol açırdı. Lakin futbolun ona gətirdiyi şöhrəti rumın oyunçu idarə edə bilmirdi. Narkotik, qadınlar, içki və bir çox qaranlıq işləri ona daha çox uğur qazanmağa mane olurdu.

“İnter”, “Verona” və “Parma” karyerasının ardından 2003-cü ildə “Çelsi”yə keçir. Klaudio Ranyeri rəhbərliyində yaxşı oyunlar keçirsə də, Joze Mourinyonun gəlişindən sonra o, məşqlərdən yayınmağa başlayır. Gah London klubunun bazasına gecikən, gah bilərəkdən gəlməyən futbolçu yay tətili zamanı da ölkəsində qalmaqalla yadda qalır. Avtombilini yüksək sürətlə  idarə etdiyinə görə polislər onu saxlamağa çalışsa da, Adrian onlara məhəl qoymur. Polislər onu təqib edir və böyük skandal kimi gündəmə düşür.

 

Bu cür hərəkətlərindən sonra Mutu “Çelsi”nin düşərgəsinə qayıtdıqda klub rəhbərliyi və məşqçi heyətinin qərarı ilə o narkoloji testdən keçir. Nəticədə Mutunun qanında kokain aşkarlanır. Futbolçu açıqlama verərək həyat yoldaşından boşandığı və işləri yolunda getmədiyi üçün depressiyaya düşdüyünü bildirir, bu səbəbdən də narkotik qəbul etdiyini açıqlayır. Amma klubdan qovulur, İngiltərə Futbol Federasiyası tərəfindən 7 aylıq diskvalifikasiya cəzası alır, üstəlik, 20 min avro cərimə olunur. London təmsilçisindən ayrılan Adrian “Çelsi”yə 17 milyon avro təzminat ödəməli olur. Amma həmin məbləğin indiyə qədər də ödənilmədiyi bildirilir.

Rumıniyalı qalmaqallara doymur. Diskvalifikasiya olunmasına baxmayaraq 2005-ci ildə “Yuventus”la müqavilə imzalayır. Turinlilərə Avropa Birliyi ölkələrindən olmayan bir futbolçu ilə müqavilə imzalamaq üçün icazə verilmir. Nəticədə “Livorno” Mutu ilə pulsuz müqavilə imzalayıb onu “Yuventus”a satır. Lakin o, italyanların heyətində may ayının sonuna qədər meydana çıxa bilmir. Yalnız 29 mayda “Kalyari” ilə matçda debüt edir.

 

“Yuventus”la uğur qazanan forvardın bəxti burda gətirmir. Turin klubu rüşvət qalmaqallarına görə B Seriyasına göndərilir. Bu səbəbdən bir çox oyunçular oradan ayrılır. Adrian Mutu isə karyerasının zirvəsini yaşayacağı “Fiorentina”ya keçir. Burada Alberdo Cilardinyo ilə cütlük təşkil edərək ümumilikdə 33 qol vururlar. Florensiyaya yenidən Çempionlar Liqası himni qayıdır.

2010-cu ildən hücumçu üçün yenidən pis günlər başlayır. O, dopinq testindən keçə bilmir və 9 aylıq diskvalifikasiya olunur. Geri döndükdə isə müqavilə şərtlərini pozduğu üçün “Fiorentina” tərəfindən də cəzalanır və 1 aylıq futboldan uzaqlaşdırılır. Daha sonra o, klub rəhbərliyindən üzr istəyir və heyətə qayıdır, amma karyerasının eniş dövrünü yaşayır.

Daha sonra ölkəsində və Hindistanda oynadıqdan sonra futbolçu karyerasının başa vurur.

Mutunun qadınlarla bağlı qalmaqallarla da gündəmə gəlib. İlk həyat yoldaşı rumın teleaparıcı Aleksandra Dinu idi. Lakin onların münasibəti uzun çəkmir. Mutu Dinunu döydüyü üçün qalmaqal yaranır və boşanırlar.

 

Daha sonra porno ulduz Laura Andresanla münasibətləri yaranır. Həmin vaxt Mutunun onun barmağından qan içdiyi ilə bağlı fotolar qəzetlərin manşetinə çevrilmişdi. Sonralar porno ulduz Adrianın narkotik düşkünü olduğu barədə müsahibələr verir.

Mutu 2016-cı ildə üçüncü dəfə evlənib. Bu dəfə Rumıniya gözəli seçilən Sandra Bacici ilə ailə həyatı qurur və 3 övladı var.

Rumıniyalı gənc çalışdırıcının “Neftçi”yə təyinatını keçmiş həyatına görə uğursuz adlandırmaq olmaz. Çünki son illərdə o, heç bir qalmaqalla gündəmə gəlməyib. Açığı, Azərbaycanda oynamış həmyerliləri Mutunun hücum futbolu və keyfiyyətli oyun ortaya qoyduğunu açıqlayıblar...

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam