Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan İdman Jurnalistləri İctimai Birliyinin sədri ASAPES-in qonağı olub -FOTOLAR

 

Azərbaycan İdman Jurnalistləri İB-nin sədri, ARB24 televiziyasının İdman şöbəsinin rəhbəri Azər İsmayıl ASAPES-in "İdman jurnalistikası" magistr proqramının tələbələri və Multimedia mərkəzinin əməkdaşları ilə görüşüb.
Yenixeber.org: Qonaq əvvəlcə Multimedia mərkəzindəki radio və TV studiyasına, həmçinin montaj otağına baş çəkərək tələbələr üçün yaradılan şəraitlə əyani şəkildə tanış olub.
Daha sonra Azər İsmayıl əmək bazarında idman jurnalistlərinin qarşısına qoyulan tələblərdən və iş prosesi zamanı üzləşdiyi maraqlı məqamlardan bəhs edib. O eyni zamanda idman sahəsində çalışmağın verdiyi üstünlüklər barədə təəssüratlarını   ASAPES-in magistr proqramının tələbələri və Multimedia mərkəzinin əməkdaşları ilə bölüşüb.
Görüş zamanı Azərbaycan İdman Jurnalistləri İB ilə ASAPES arasında gələcək əməkdaşlıq perspektivlərinə də toxunulub.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam