Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kurban Berdıyev -"Qarabağ"ı zəif rəqib saymır

Kurban Berdıyev Qarabağı zəif rəqib saymır

"Bizi Konfrans Liqasında ağır oyunlar gözləyir. Beynəlxalq matçlara görə yaranmış fasilə səbəbindən komanda işi baxımından müəyyən problemlərimiz var. Amma düşünürəm ki, "Omoniya" ilə oyuna hazırıq".

Yenixeber.org: Bunu Qazaxıstanın "Kayrat" klubunun baş məşqçisi Kurban Berdıyev evdə Kipr "Omoniya"sına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin ilk tur oyunundan öncə mətbuat konfransında deyib. Rusiyalı mütəxəssis Nikosiya təmsilçisinin kifayət qədər təcrübəli komanda olduğunu bildirib: "Kompakt müdafiə olunurlar və səviyyəli oyunçulara malikdirlər. Hazırda bizim üçün ən vacibi qarşıdakı oyundur".

69 yaşlı baş məşqçi turnirdəki hədəflərindən də söz açıb: "Sözsüz, qarşımızda müəyyən vəzifə durur. Oyunlara mərhələli şəkildə hazırlaşırıq. Bu turnirdəki komandaların Avropa Liqasındakılardan daha zəif olduğunu deməzdim. Məsələn, "Bazel" Çempionlar Liqası səviyyəsində komandadır, amma Konfrans Liqasında oynayır. Buna görə də turnirdə güclü və zəif iştirakçılar olduğunu söyləmək çətindir".

Qeyd edək ki, bu gün oynanılacaq "Kayrat" - "Omoniya" matçı Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. Almatı təmsilçisi "Qarabağ"a qarşı ilk görüşünü oktyabrın 21-də Bakıda keçirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam