Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qurban Qurbanov: -"Ciddi rəqiblərin yer aldığı qrupa düşmüşük"

Qurban Qurbanov: Ciddi rəqiblərin yer aldığı qrupa düşmüşük

"Hər üçü ciddi rəqibdir. İki komanda - "Kayrat" və "Omoniya" öz ölkələrinin çempionlarıdır".

Yenixeber.org: Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin püşkü barədə klubun rəsmi saytına açıqlamasında deyib.

49 yaşlı mütəxəssis Kipr komandalarının onlara qarşı həmişə çox ciddi olduğunu bildirib: "Onlarla maraqlı qarşılaşmalarımız keçib. Uğursuzluqlarımız da olub. Buna görə də hər matça ciddi yanaşmalıyıq. "Bazel"in isə xüsusi təqdimata ehtiyacı yoxdur. Ümumiyyətlə, rəqiblər barədə indidən fikir bildirmək düzgün deyil. Qarşıdakı günlərdə bu komandaları daha yaxından tanıyacağıq. Bundan sonra ətraflı danışmaq olar. Tək bunu deyə bilərəm ki, hər bir komandaya qarşı ciddi hazırlaşacağıq. Həqiqətən də çox ciddi rəqiblərin yer aldığı qrupa düşmüşük".

Qeyd edək ki, Ağdam təmsilçisi H qrupunda "Bazel" (İsveçrə), "Kayrat" (Qazaxıstan) və "Omoniya" (Kipr) klubları ilə mübarizə aparacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam