Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

UEFA-dan inqilabi ADDIMLAR:ÇL dəyişir, AL çətinləşir, 3-cü turnir yaranır

 

UEFA-dan inqilabi ADDIMLAR: ÇL dəyişir, AL çətinləşir, 3-cü turnir yaranır

Avropanın ən prestijli futbol turniri olan Çempionlar Liqasının formatında inqilabi dəyişikliklər olacaq.

Yenixeber.org: Fransanın “L'Equipe” nəşri dəyişikliklərin detallarını dərc edib.

İlk olaraq, nəhənglər liqasında matç sayı 224-ə çıxarılacaq. Avropa liqasına qatılmaq şansı isə 48 deyil, 32 komandaya veriləcək. Məqsəd isə Avropa Liqasının keyfiyyətini artırmaqdır.

Hazırda ÇL-də komandalar 8 qrupda 4-lü şəkildə müabrizə aparır. Qrupun ilk iki uğurlu komandası növbəti mərhələyə adlayır. Yeni formatda isə qrup sayı 4 olacaq. Qruplardakı komandaların sayı 8-ə qaldırılacaq. Qrup mübarizəsini ən yaxşı nəticə ilə başa vuran ilk 4 komanda növbəti mərhələyə keçəcək. 5-ci yerdə qərarlaşanlar isə növbəti mövsümdə Çempionlar Liqasına qatılmaq şansı əldə edəcək. 6 və 7-ci sırada qərarlaşanlar isə yoluna Avropa Liqasında davam edəcək.

UEFA-nın bu dəyişikliklərə getməkdə məqsədi turnirdəki rəqabət səviyyəsini artırmaqdır. Dəyişikliklərin 2024-cü ildə qüvvəyə minməsi gözlənilir.

Bundan başqa, “Avropa Liqası 2” adı altında yeni bir turnirin təşkil olunması da gündəmdədir. Çempionlar və Avropa Liqasında iştirak üçün vəsiqə almaqda çətinlik çəkən komandalar bu turnirdə qüvvələrini sınayacaq. Bu turnirin qalibi növbəti mərhələdə Avropa Liqasında iştirak etmək hüququ əldə edəcək.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam