Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Dünya bu mötəbər tədbirdən ilham alacaq”

 

"Xeberinfo.com":  Xalq şairi Zəlimxan Yaqub Azərbaycanda keçirilən Bakı 2015 Birinci Avropa Oyunları ilə bağlı təəssüratlarını publika.az-la bölüşüb.

 

İlk Avropa Oyunlarını tarixi hadisə kimi qiymətləndirən xalq şairi bu hadisədən qürurlandığını dilə gətirib:

 

“Ölkəmizdə ilk dəfə olaraq Avropa Oyunlarının keçirilməsini şanlı  tarixi hadisə kimi qiymətləndirirəm. Bu öz yerində, eyni zamanda, amma bu möhtəşəm hadisə ilə bağlı ölkəmizdə başlanan quruculuq işlərinin özü ayrıca bir hadisədir. Bütün xalqım bu mötəbər tədbirə tədarük görür. Bölgələrimizdə sanki bir atəşfəşanlıq yaşanır, Bakıda başlanan Alov Festivalı kəndbəkənd gəzir. Odlar yurdu Azərbaycanım qonaqlarını qarşılamağa hazırlaşır. İnsan öz evinə qonaq çağıranda hansı duyğuları yaşayırsa, Azərbaycan xalqı da eyni duyğular içindədir.  Bundan böyük sevinc, bundan böyük təntənə, bundan böyük izdiham olarmı?! Azərbaycanda bu möhtəşəm oyunların keçirilməsi üçün tikilən və dünya standartlarına cavab verən idman kompleksinə baxanda adamın ürəyi açılır”.

 

Xalq şairi bayram əhval-ruhiyyəsini korlamaq istəyən və bu nüfuzlu tədbirə kölgə salmaq istəyən insanlara da sözünü deyib:

 

“Hər kəs bilir ki, bu möhtəşəm tədbir Azərbaycanın, dövlətçiliyimizin dünyada möhkəmlənməsinə xidmət edəcək. Ölkəmiz bu tədbirdən böyük uğurlar qazanacaq, amma düşmənlərimiz ziyan çəkəcək. Bəzi üzdəniraq qüvvələr orda-burda ağızlarına gələni danışır, dövlətçiliyimizə, uğurlarımıza kölgə salmaq istəyir. Orda-burda qarayaxma kampaniyasına başlayıblar. Amma arzuları gözlərində qalacaq. Dünya bu mötəbər tədbirdən ilham alacaq. Elə qurumlara, elə insanlara  üzümü tutub deyirəm ki, darqursaq olmayın, uğura sevinməyi bacarın. Öz hərəkətlərinizə görə utanacaqsınız, amma “daldan atılan daş topuğa dəyər” deyib atalar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam