Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Avropa oyunları Azərbaycanın idman ölkəsinə çevrildiyini sübut edir"

 

“Azərbaycan birinci Avropa Oyunlarına təşkilatçılığı ilə bir sıra rekordlara imza atdı. Qısa müddət ərzində həyata keçirilən hazırlıq işləri ölkəmizin təşkilatçılıq gücünü ortaya qoydu. Bütün bunlar bir yana, qitənin ilk Oyunlarının ölkəmizdə keçirilməsi tarixə mühüm hadisə kimi düşəcək. Bu cür mötəbər oyunlar Azərbaycanın idman ölkəsinə çevrildiyini sübut edir”.

 

"Xeberinfo.com":  Məlumata görə, bunu Publika.az-a açıqlamasında Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov bildirib. Onun sözünə görə, birinci Avropa Oyunları ölkəmizə hərtərəfli fayda verəcək: “Ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi etməsi Azərbaycanda idmana ayrılan diqqət və qayğının göstəricisidir. Bütün bunlar onu göstərir ki, beynəlxalq aləmdə Azərbaycana etimad hər sahədə artır. Cənubi Qafqaz regionunun aparıcı dövləti olan respublikamız artıq qitə miqyaslı tədbirlərə ev sahibliyi edir. İlk qitə oyunlarının məhz bizim respublikamızda təşkili Azərbaycanın bütün regionlarda idman məkanı kimi tanındığını sübut edir. Birinci Avropa Oyunları turizm infrastrukturunun daha da inkişaf etməsinə təkan verəcək, habelə ölkəmizə beynəlxalq marağı bir qədər də artıracaq”.

 

E.Həsənov qeyd edib ki, bütün bunlar beynəlxalq əlaqələri daim genişlənən respublikamızın uğurlarından xəbər verir: “Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməsi onun bu cür mötəbər tədbirin keçirilməsində böyük təcrübə qazanmasını sübut edir. Respublikamızın idman infrastrukturunun sürətli tərəqqisi, bu sahə ilə məşğul olan, idmanı özünə peşə seçən gənclərin sayının çoxalması ölkəmizin bütün sektorlarda dinamik inkişafı ilə bağlı söylənilənlərin həqiqətə uyğun olduğunu göstərir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam