Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Lüis Hemilton -"Azərbaycanda qələbə qazanmaq çətin olacaq"

Lüis Hemilton: Azərbaycanda qələbə qazanmaq çətin olacaq

"Monako Qran-prisi darıxdırıcı keçdi. Bu, elə də əyləncəli yarış olmadı. Çünki yalnız sürücüləri izləyirsiniz, onları ötüb keçə bilməzsiniz".

Yenixeber.org: Bu fikirləri "Formula 1"də çıxış edən "Mercedes" komandasının pilotu Lüis Hemilton yarışın rəsmi saytına açıqlamasında Monako Qran-prisindəki çıxışı barədə danışarkən deyib.

Fransadakı yarışda 7-ci yeri tutan yeddiqat dünya çempionu zəif təsir bağışladıqlarını və buna görə xeyli xal itirdiklərini bildirib: "Əlbəttə, təəccübləndim. Amma özümüzü sınamaq üçün bu cür hadisələr baş verə bilər".

Britaniyalı sürücü indi bütün diqqəti Azərbaycan Qran-prisinə yönəltmələrinin gərəkliyini vurğulayıb. Onun fikrincə, Bakıda qələbə qazanmaq çətin olacaq: "Bunun üçün bəzi amilləri yaxşılaşdırmalıyıq. Çünki edə biləcəyimiz yeganə şey budur. Qarşıdakı yarışda daha güclü olmağa çalışacağıq. Bolidimizdə zəif nöqtələr var. Düşünürəm ki, növbəti yarış da ağır keçəcək. Belə çətin trasda avtomobilin şinlərinin işə düşməsi asan olmayacaq".

Qeyd edək ki, mövsümün növbəti - sayca 6-cı Qran-prisi 4 - 6 iyunda Bakıda keçiriləcək. Azərbaycan Qran-prisi də şəhər trasında təşkil olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam