Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Fransada Avropa Oyunlarına həsr olunan sərgi açılıb

 

Fransanın Nitsa şəhərində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransadakı nümayəndəliyi, Nitsanın Milli İdman Muzeyi, Fransa Milli Olimpiya Komitəsi və “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin dəstəyi ilə təşkil edilən “Azərbaycan - idman fotoobyektivdə” adlı sərginin açılışı olub.

"Xeberinfo.com":  Siyasətçilərin, diplomatların, fotoqrafların, idman azarkeşlərinin və Nitsada yaşayan Azərbaycan diasporasının üzvlərinin də iştirak etdiyi sərgidə 65 fotoşəkil nümayiş etdirilib. Bu fotolar TEAS-ın təşkil etdiyi eyni adlı müsabiqəyə təqdim olunmuş 300 fotonun arasından seçilib.

Tədbirdə ilk olaraq Milli İdman Muzeyinin İdarəetmə Şurasının prezidenti Anni Lheritie çıxış edib. O, ötən həftə Argentinada baş vermiş faciəvi helikopter qəzasının qurbanlarının xatirəsini yad edib. Xatırladaq ki, qəza zamanı dənizçi Florence Arthaud, boks üzrə dünya çempionu Alexis Vastine və üzgüçülük üzrə Olimpiya çempionu olmuş Camille Muffat həyatlarını itirib. A.Vastine dünya çempionu titulunu 2011-ci ildə Bakıda keçirilmiş XVI dünya çempionatı zamanı qazanmışdı. Nitsa şəhər merinin idman məsələləri üzrə müavini Gilles Veissiere, Fransa Milli İdman və Olimpiya Komitəsinin vitse-prezidenti Jean-Pierre Mougin, Avropa Azərbaycan Cəmiyyətinin Fransadakı nümayəndəliyinin rəhbəri Marie-Laetitia Gourdin və Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova da öz çıxışlarında mərhumların ailələrinə başsağlığı və səbr diləyiblər. Gilles Veissière bu sərginin Nitsa şəhərində təşkil olunmasına qərar verilməsini məmnuniyyətlə vurğulayaraq deyib ki, beynəlxalq yarışlar zamanı təxminən 100 futbol oyununa hakimlik edib, amma təəssüf ki, heç zaman Azərbaycanda olmayıb. O, ümidvar olduğunu bildirib ki, I Avropa Oyunları sayəsində Azərbaycanı və Nitsa şəhəri ilə ortaq xüsusiyyətləri olan paytaxt Bakını kəşf etmək imkanı olacaq.

Fransa Milli İdman və Olimpiya Komitəsinin vitse-prezidenti Jean-Pierre Mougin məlumat verib ki, Fransa Avropa Oyunlarına təxminən 270 idmançıdan ibarət nümayəndə heyəti göndərəcək. Bu, Almaniyadan sonra ikinci böyük heyətdir ki, bu da Fransanın sözügedən tarixi oyunlara bağlılığının işarəsidir. Natiq Fransa Milli İdman və Olimpiya Komitəsi bu sərgi vasitəsilə TEAS və “Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsi ilə əməkdaşlıq etməkdən qürur duyduğunu bildirib. Sərgi iyun ayında Fransa Milli İdman və Olimpiya Komitəsinin əsas qərargahı Parisdə keçiriləcək.

TEAS-ın Fransadakı nümayəndəliyinin rəhbəri Marie-Laetitia Gourdin öz çıxışında vurğulayıb ki, bu oyunlar Avropada ilk dəfə özünəməxsus şəkildə keçiriləcək. Və bu tarixi hadisə ilk dəfə olaraq yüksək səviyyəli beynəlxalq yarışlar təşkil edən, gənc və dinamik Azərbaycanın paytaxtı Bakıda təşkil olunacaq.

TEAS-dan verilən xəbərə görə, M.Gourdin müsabiqənin “İpanema - Rio de Janeiro” adlı fotosu ilə ikinci yerin qalibi olmuş fransalı fotoqraf Paul Robiona sertifikat təqdim edib.

Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova qeyd edib ki, idmanın tətbiqi sülhün təbliğ olunmasının bir üsulu kimi qəbul olunur və o, coğrafi sərhədlərin və sosial siniflərin hüdudlarını aşmaq iqtidarındadır. İdman qardaşlıq, həmrəylik, xeyirxahlıq, tolerantlıq və ədaləti təbliğ etməyin ən güclü üsuludur. İdman insanları birləşdirmək gücünə malikdir. Bu ruh TEAS-ın foto-müsabiqəsində də əks olunur və iki mühüm elementi özündə birləşdirir – mədəniyyət və idman – bu da insanlar arasında dostluq və həmrəyliyin güclənməsinə xidmət edir.

Sərgi 2015-ci il 13-29 mart tarixlərində ictimaiyyət üçün açıq olacaq. “Azərbaycan - İdman fotoobyektivdə” sərgisi Nitsadan sonra bir neçə Avropa paytaxt və şəhərlərində - Maastrixt, Brüssel, İstanbul və Berlində keçirildikdən sonra yenidən Fransaya qayıdacaq. Sərgi Fransa Milli İdman və Olimpiya Komitəsinin əsas qərargahı Parisdə 4-28 iyun tarixində nümayiş olunacaq və oyunların Bakıda keçiriləcəyi tarixi də əhatə edəcək.

Xatırladaq ki, 2014-cü ilin avqust ayından start götürmüş “Azərbaycan - İdman fotoobyektivdə” adlı foto müsabiqəsinin nəticələri dekabrın əvvəlində elan olunub. Müsabiqənin mövzusu 2015-ci ildə Azərbaycanın ev sahibliyi edəcəyi Avropa Oyunlarına həsr edilib. Müsabiqə Azərbaycan, idman, idmanın ümumbəşəriliyi və Avropa Oyunlarının məzmunu kimi mövzuları əhatə edib. Birinci yeri təcrübəli azərbaycanlı idman fotoqrafı Dilavər Nəcəfov “Şöhrətə doğru” adlı fotoşəklinə görə tutub. İkinci yerə fransalı fotoqraf və videoqraf Pol Robion “İpanema - Rio de Janeyro” adlı fotoşəklinə görə sahib çıxıb. Üçüncü yerə azərbaycanlı həvəskar fotoqraf Rüfət Abas “Yekun təlimat” adlı fotoşəklinə görə layiq görülüb.

 

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam