Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

OĞULLUĞUNDAN KEÇMİŞ DEPUTATA ŞOK İTTİHAMLAR - "Evimi ələ keçirdi..."+ FOTOLAR

"Mən, keçmiş deputat Cahangir Hüseynovdan atamın mənə miras kimi qoyduğu evimi tələb edirəm. O, anam Aygün Hüseynova ilə əlbir olaraq müalicəmə sərf olunacağı bəhanəsi ilə Bakı şəhəri, Q.Ələsgərov küçəsi bina 11, mənzil 3 ünvanında yerləşən evimi ələ keçiriblər".

Yenixeber.org: Bunları saytımıza müraciət edən İlqar Hüseynov bildirib.

Şikayətçi qeyd edib ki, atası İlqar Əliyev MDB məkanında tanınmış iş adamlarından biri olub. 2012-ci ildə Moskva şəhərində sui-qəsd nəticəsində qətlə yetirilib.

Anası Aygün Hüseynova uzun müddət əvvəl ondan boşanıb və 2002-ci ildə keçmiş deputat Cahangir Hüseynovla ailə qurub: "O, soyadını mənə verib. Uzun müddət ailədə doğma atam İlqar Əliyevin pis adam olduğu, kriminal fəaliyyətlə məşğul olduğu barədə mənə yanlış fikirlər aşılanıb. Halbuki, sonradan onun dostlarından, qohumlarımdan, ögey qardaşlarımdan öyrəndim ki, bütün bunlar yalandır. Atam çox nüfuzlu, xeyirxah, böyük əlaqələri, biznesi olan iş adamı kimi fəaliyyət göstərib. 2009-cu ildə atam məni görməyə gələrkən, məni ondan gizlədiblər".

 

 

İ.Hüseynovun sözlərinə görə, atasının ona miras qoyduğu evi ələ keçirmək üçün onun ağır xəstə olması barədə müvafiq qurumlardan saxta rəy alınıb: "Belə əsaslandırıblar ki, mənə miras qalan ev satılaraq bir hissəsi müalicəmə sərf olunmalı, qalan hissəsinə isə kiçik mənzil alınaraq mənə verilməli idi. Amma bunların heç biri baş verməyib. Anam və atalığım onu sataraq pulunu ələ keçiriblər".

İlqar Hüseyinov deyir ki, onun nevroloji ağır xəstə kimi təqdim olunması tamamilə cəfəngiyyatdır: "Mən həqiqi hərbi xidmətdə olmuşam, aprel döyüşlərinin iştirakçısıyam. Xidməti-döyüş fəaliyyətində əldə etdiyim nailiyyətlərimə görə 15-ə qədər fəxri fərmanla, döş nişanı ilə təltif olunmuşam. Sizcə, iddia olunduğu kimi xəstə olan adamı orduya, ön xəttə apararlarmı?! Təkcə bu fakt mənə qarşı iddiaların necə cəfəng, yalan olduğunu göstərir”.

 

 

Şikayətçi deyir ki, Cahangir Hüseynov hüquq-mühafizə orqanlarındakı əlaqələrindən istifadə edib onu təzyiq altında saxlayır və müxtəlif hədə-qorxular gəlir: "Mənzə zəng edib hədələyir, ünvanıma nalayiq ifadələr işlədir. Yaşadığım ünvana polis əməkdaşları gəlir, qohumlarıma qarşı müxtəlif təzyiqlər edilir. Mən, açığı, ondan qorxuram, kifayət qədər böyük maliyyə imkanları, əlaqələri var, mənə şər atdırıb hər an həbs etdirə bilər".

Hazırda kirayədə, maddi məhrumiyyətlər içərisində yaşadığını deyən İlqar Hüseynov, başına gələnlərdə anasını da suçlayıb: "Anam Aygün Hüseynova, gərək, öz doğma balasına qarşı belə şeylərə yol verməzdi, mənə dəstək olardı. Mən ondan nə mənəvi, nə də başqa bir dəstək görmürəm, bu çox acınacaqlıdır".

Şikayətçi sonda "AzPolitika.info" vasitəsilə ölkə Prezidenti İlham Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edərək, onlardan kömək istəyib. O, ölkə rəhbərliyindən xahiş edir ki, keçmiş deputat, atalığı Cahangir Hüseynovun təzyiqlərinə son qoyulsun.

Şikayətdə qeyd olunan ittihamlarla bağlı Cahangir Hüseynovun da mövqeyini işıqlandırmağa hazırıq.

AzPolitika.info 

 


 

 


 

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam