Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda İŞİD-çilərin obyekti var...? ŞOK XƏBƏR

 

Bir müddət əvvəl Dubayda İŞİD-çilərə qoşulan keçmiş polis kapitanı, Bakı şəhər BPİ-nin əməliyyat müvəkkili İlqar Hüseynovla bağlı redaksiyamıza yeni məlumatlar daxil olub.

Xeberinfo.com:   Məlumatdan bəlli olur ki, İlqar Hüseynov Bakı şəhər BPİ-nin keçmiş rəis muavini Cavadağa Sultanovun baldızı oğludur. Cavadağa Sultanov 2005-ci ildə Bakı şəhərini tərk etdikdən sonra, İlqar Hüseynov da onunla birlikdə ölkəni tərk edərək Dubayda məskunlaşır. İlqar Hüseynov Dubayda İŞİD-in sıralarına qoşulandan sonra, Bakıya qayıdaraq, Tbilisi prospektində yerləşən İST yanacaqdoldurma məntəqəsinin içində “Fast Food” açır. İST-də açdığı “Fast Food” da başına bir dəstə adam yığaraq, onları da İŞİD-ə qoşulmağa vadar edir. O, burada təbliğatla məşğul olaraq öz əhatəsini genişləndirməyə çalışır. Məlumat üçün bildirək ki, İST-yanacaqdoldurma məntəqələri vaxtı ilə kriminal avtoritet sayılan Lotu Bəxtiyardan Xüsusi İdarənin keçmiş rəisi Elman Qəmbərovun kurasiyasına keçib.

Sonradan Elman Qəmbərov tutduğu vəzifədən azad olunan kimi, İST-in sahibləri özlərinə yeni “krışa” axtarmalı olurlar. Bir müddət bu şirkətin “krışa”sı maşın alverçisi Dəmirin vasitəsi ilə Eldar Mahmudov sayılırdı. 

Çox güman ki, elə o vaxtkı MTN-nin rəhbərliyinin tapşırığı ilə İST-in sahibləri İŞİD-in fəal üzvü olan İlqar Hüseynov üçün öz yanacaqdoldurma məntəqələrində şərait yaradırlar. Əldə etdiyimiz məlumata görə, Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsində “Fast Food” bu günə qədər də İST-in rəhbərliyi tərəfindən İlqar Hüseynova icarəyə verilib. Məlumat üçün bildirək ki, yanacaqdoldurma məntəqəsində yerləşən həmin “Fast Food” da bir müddət əvvəl yanğın baş vermişdi. Elə o zaman da, həmin “Fast Food” İlqar Hüseynov tərəfindən idarə olunurdu. Araşdırmamız davam edir, bizi izləyin.

 

Teref.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam