Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Balakəndə -quldurluq edən şəxs saxlanılıb

Balakən Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən şərab evlərinin birində quldurluq cinayətinin baş verməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan yenixeber.org-a verilən məlumat görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib. Bir nəfər naməlum şəxsin mağazaya daxil olub satıcıya balta ilə hədə-qorxu gələrək,  ondan spirtli içki tələb etdiyi müəyyən olunub.

Polis əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törədən şəxsin Balakən şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş 60 yaşlı Hikmət Mansurov olduğu müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılıb və cinayəti sərxoş vəziyyətdə törətdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam