Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Quli”nin rəqibi çətin vəziyyətdə - Çixladze həbs oluna bilər

“Quli”nin rəqibi çətin vəziyyətdə - Çixladze həbs oluna bilər

İstanbulun Maltəpə istintaq təcridxanasında saxlanılan gürcü əsilli “oğru” Quram Çixladze (“Kvejoviç”) barəsindən cinayət işi başlanıb. 

 

Yenixeber.org: Cinayətini işini Rusiya Federasiyasının subyektlərindən olan Buryatiya Respublikasının İstintaq Komitəsi başlayıb. Quram Çıxladzeyə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci maddəsi (kriminal iyeyarxiyada yüksək mövqe tutmaq) ilə ittiham irəli sürülüb.

Quram Çixladze 2006-cı ildə oğurluğa görə Buryatiya həbsxanasında cəza çəkib. 

Gürcü əsilli “oğru”nun hazırda Rusiyaya deportasiyası gözlənilir. Bu baş verəcəyi təqdirdə Quram Çixladzeni ən azı 10 il həbs cəzası gözləyir. 

Gürcü əsilli “oğru” bu ilin yanvarın 31-də İstanbul polisi tərəfindən saxlanılıb. Buna səbəb Quram Çixladzenin azərbaycanlı “oğru” Nadir Səlifova (“Quli”) qarşı sui-qəsd planlaşdırması olub. İstanbul polisinə bu barədə əməliyyat məlumat daxil olub. Keçirilən xüsusi əməliyyat nəticəsində Quram Çixladze başda olmaqla 17 nəfər saxlanılıb. Gürcü “oğru” Türkiyədə Anri Malyi adı ilə Ukrayna vətəndaşı kimi yaşayırmış.

Quram Çixladze ilə Nadir Səlifov arasındakı konfliktə gəlincə, gürcü “oğru” onunla İstanbulda görüşərkən saymazyana davranış sərgiləyib. Həmin vaxt Nadir Səlifovun yanında olan qazax əsilli kriminal avtoritet Arman Cumagəldiyev (“Arman Dikiy”) ona yerini göstərib. Yeri gəlmişkən, Quram Çixladze insidentdən əvvəl özünü Arman Cumagəldiyevə kommersant kimi təqdim edibmiş.

Bu insidentə görə keçirilən “sxodka”larda “oğru”lar Nadir Səlifovu dəstəkləyib. Bundan sonra Quram Çixladze azərbaycanlı “oğru”nun bacısı oğlu Məhəmməd Qurbanova (“Maqa Rustavskiy”) hücum edərək onu bıçaqlayıb. Bununla rahatlanmayan gürcü “oğru” dəstə toplayaraq Nadir Səlifova sui-qəsd planlaşdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam