Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“Quli” böyük “sxodka”da qalib gəldi – Xəbərdarlıq

 

“Quli” böyük “sxodka”da qalib gəldi –

Azərbaycanlı “qanuni oğru” Nadir Səlifov (“Quli”) böyük “sxodka”da ona qarşı çıxanlara qalib gəlib. 

Yenixeber.org: Rusiya KİV-ləri xəbər verir ki, Nadir Səlifovun  “qanuni oğru” statusundan məhrum edilməsini tələb edən Badri Koquaşvili (“Badri Kutaisi”) və ona birmənalı dəstək verən Quram Çixladze (“Kvejoviç”) ilə Emzar Caparidze (“Kvatia”) “oğru dünyası”nın nüfuz sahibləri tərəfindən “qanuni oğru” kimi qəbul edilməyib.

Problemin kökü

Nadir Səlifova qarşı iddilar Quram Çixladzenin onunla görüşdə vurulması ilə bağlı idi.  Həmin görüşdə Nadir Səlifovun yaxın adamı qazax əsilli Arman Cumagəldiyev (“Arman Dikiy”) Quram Çixladzeyə əl qaldırmışdı. Lakin o, Quram Çixladzenin statusundan xəbərsiz olduğunu demişdi. Nadir Səlifov da Arman Cumagəldiyevin cəzalandırılmasına həvəssiz yanaşmışdı. 

Badri Koquaşvili

                                       “Quli”yə qarşı koalisiya

Bu hadisədən sonra Badri Koquaşvili Nadir Səlifovun “qanuni oğru” statusundan məhrum edilməsi ilə bağlı məsələ qaldırmışdı. Badri Koquaşviliyə  Quram Çixladze, Emzar Caparidze və Zaxari Kalaşovdan (“Şakro Molodoy”)  dəstək gəlmişdi.  Quram Çixladze ilə Emzar Caparidzedən fərqli olaraq Zaxari Kalaşov dəstəyini açıq ifadə etmirdi. Onun niyyəti bu olaydan yararlanaraq Nadir Səlifovun “oğru dünyası”na təsirini zəiflətmək idi. Eyni zamanda özünü gələcək təhlükələrdən sığortalamaq istəyirdi.  

Böyük “sxodka”

Nəhayət, Nadir Səlifovun təşkilatçılığı ilə baş tutan “sxodka”da ona qarşı iddialar əsassız hesab edilib. Arman Cumagəldiyev Quram Çixladze ilə aralarında baş verən insidentə aydınlıq gətirib və “sxodka”ya toplaşan “qanuni oğru”ların hər hansı etirazı ilə üzləşməyib. 

Lakin məsələ bununla bitməyib. Bəlli olub ki, Nadir Səlifova qarşı birləşən “qanuni oğrular”ın özlərinin problemləri var. Aydın olub ki, Badri Koquaşvilinin Roland Qeqeçkori (“Roland Şlyapa”) və Merab Mzarelua (“Duyake”) ilə,   Quram Çixladzenin Qoça Maysuradze (“Qoqita”) ilə, Emzar Caparidzenin isə Tariel Oniani (“Taro”) və Merab Suxumski(“Pipia”) ilə problemləri var. 

Quram Çixladze

Onlara bildirilib ki, problemlərini həll etmədən hansısa “qanuni oğru”nu bu statusdan məhrum etmək kimi qədər ciddi bir məsələdə söz sahibi ola bilməzlər.  Həmçinin, “sxodka”ya  toplaşanlar onların özlərini “qanuni oğru” kimi tanımadıqlarını bəyan ediblər. 

Digər tərəfdən sxodkada aydınlaşıb ki, bu işlərin başında Zaxari Kalaşov dayanır. Merab Suxumski artıq onun oyunlarından bezdiyini bildirib. Güman edilir ki, yaxın vaxtlarda Zaxari Kalaşovun özü statusunu itirə bilər. Sonda Nadir Səlifov “sxodka”nın qərarını qəbul etməyənlərin ən sərt formada cəzalandırılacağını deyib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam