Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Lotu Quli”yə qarşı yeni cəbhə

 

“Lotu Quli”yə qarşı yeni cəbhə yaradılır

Rusiyanın bir nömrəli “qanuni oğru”su Zaxari Kalaşov (“Şakro Molodoy”) azərbaycanlı “qanuni oğru” Nadir Səlifov (“Quli”) və onun müttəfiqi Merab Canqveladzeyə qarşı yeni cəbhə yaradır. 

Yenixeber.org: Zaxari Kalaşovun “qanuni oğru”lar Quram Çixladze (“Kvejeoeviç”) və Teymuraz Çuradze (“Aleko Şoşiya”) arasındakı konfliktə son qoyması Rusiya mətbuatında belə şərh edilir.

Məlumat üçün deyək ki, Quram Çixladze ilə Teymuraz Çuradze arasındakı konfliktin səbəbi birincinin ona “qanuni oğru”lar Varlam Kuxianidze (“Vatiya”) və Georgi Qoqelianidən (“Qiya”) İtaliyada döyülməsinin qisasını alacağı ilə bağlı planlarını danışmasından başlayıb. 

Teymuraz Çuradze də bu barədə Varlam Kuxianidze ilə Georgi Qoqeliani danışıb və Quram Çixladzenin “qanuni oğru” titilundan məhrum edilməsi üçün adıçəkilən şəxslərin görüşünü təşkil edib. Lakin görüşdə Quram Çixladze Teymuraz Çuradzenin dediklərini danıb. Onların şahidi olmadığına görə Teymuraz Çuradze dediklərini sübut edə bilməyib.

Bundan sonra “sxodka”ya toplaşanlar Teymuraz Çuradzeni döyərək onu fitnəkar adlandırıblar. Bundan sonra Quram Çixladze yenidən “sxodka” təşkil edərək Teymuraz Curadzenin “qanuni oğru” titulundan məhrum edilməsini istəyib. Lakin Zaxari Kalaşov məsələyə müdaxilə edərək onları barışdırıb. Quram Çixladzenin mövqeyini dəyişməsi digər “qanun oğrular” tərəfindən bəyənilməsə də, o Zaxari Kalaşovun barışıq təklifini geri çevirməyib. 

Bildirilir ki, Zaxari Kalaşovun bu addımı Nadir Səlifovla Merab Canqveladzeyə qarşı yönəlib. O, yeni cəbhə yaradaraq hər iki “qanuni oğru”nun kriminal dünyadakı təsir imkanlarını sarsıtmaq istəyir


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam