5 hektar ərazi yanıb-Ucarda
Ucar rayonunun Qarabörk kəndində 5 hektar ərazidə yanğın baş verib.
Yenixeber.org: Kəndin kolluq ərazisində başlayan yanğının əhatəsi getdikcə genişləndiyindən hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Dövlət yanğından mühafizə hissəsinin 3 texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb. Yaxınlıqda olan yaşayış evləri yanğından mühafizə olunub.