Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Qadın koloniyasına kişi gətirilir?

 

Ombudsmanın nümayəndələri Penitensiar Xidmətin 4 saylı koloniyasında distaq Lamiyə Quliyeva və digər məhkum qadınlarla konfidensial qaydada görüşlər keçiriblər. Bu barədə ombudsmanın mətbuat xidməti məlumat verib.

"Xeberinfo.com":  Məlumata görə, qadınlar saxlanma şəraitindən və koloniya personalının onlarla davranışından şikayət etməyiblər.

L.Quliyeva ötən ilin oktyabrında uşağının dünyaya gəlməsi bağlı bəzi məsələlərə aydınlıq gətirib. O bildirib ki, “heç kim tərəfindən zorakılığa məruz qalmayıb, bu, onun öz istəyi ilə olub”.

O, özünün və uşağın vəziyyətindən şikayətlənməyib. L.Quliyeva standartlara uyğun olaraq ana və uşaq otağında saxlanılır.

Hazırda Penitensiar Xidmət məsələ ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, koloniyadakı qadınlar yalnız öz doğmaları – valideynlər, bacı-qardaş, uşaq, həyat yoldaşı ilə uzun müddətə görüş ala bilər. Məlum olduğu ki, L.Quliyeva evli deyil. Odur ki, uşağın doğulması bəziləri tərəfindən koloniya personalının ona qarşı zorakılığı kimi qəbul edilib.

Lakin əgər zorakılq olmayıbsa, uşağın atasının kimliyindən – koloniya əməkdaşı və ya onun yanına qanuzsuz yolla gəlmiş adam olmasından asılı olmayaraq məhbusların saxlanma rejiminin pozulması məsələsi ortaya çıxır.

Xatırladaq ki, L.Quliyeva keçmiş sevgilisi, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının oğlunun ölümündə iştiraka görə 10 il həbs cəzası alıb. /contact.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam