Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Polis Maştağa və Nardaranda əməliyyat keçirdi –Saxlanılanlar var

 

Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Vüqar Sadıqov saxlanılıb. 

Yenixeber.org:  DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, onun yaşadığı evin həyətinə baxış zamanı dibçəklərdə xüsusi olaraq əkilərək qulluq edilən 32 ədəd ümumi çəkisi 1 kiloqram 465 qram narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb. Saxlanılan şəxs həmin çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.

Narkotik vasitələrin kultivasiyasına qarşı daha bir tədbir Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib. Daxil olan məlumat əsasında Nardaran qəsəsəbəsində yaşayan paytaxt sakini Ağaverdi Muradovun yaşadığı evin həyətində yerləşən istixanaya baxış keçirilib. Oradan xüsusi qulluq edilərək yetişdirilən 107 ədəd, ümumi çəkisi 15 kiloqram 525 qram olan çətənə kolu, 1 kiloqram 745 qramqurudulmuş marixuana aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq A.Muradovun yaşadığı evdən 1 ədəd lüləsi və qundağı kəsilmiş odlu silah və5 ədəd güllə aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib istintaq tədbirləri davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam