Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Həbsxanada işgəncə: yeni şok kadrlar yayıldı -VİDEO 18+

Rusiyanın Yaroslavl vilayətinin 1 saylı cəzaçəkmə müəssisəsində məhbuslara qarşı işgəncələri əks etdirən daha bir videogörüntü yayımlanıb, faktla bağlı cinayət işi qaldırılmayıb.

Yenixeber.org:   Bu barədə “Novaya qazeta” məlumat yayıb. Videokadrlardan da görünür ki, dustaqxana əməkdaşları məhbuslara qarşı “tərbiyəvi tədbirlər” həyata keçirirlər. Daha sonra isə cəzaçəkmə müəssisəsinin rəhbəri İqor Zabodalova məruzə edilir. Videogörüntülər 2016-cı ilin fevralında qeydə alınıb.

Adıçəkilən istintaq təcridxanasında vaxtilə cəza çəkmiş keçmiş məhkum Ruslan Vaxapovun sözlərinə görə, həbsxana işçiləri ilə 12 saylı kameranın məhbusları arasında münaqişə yaranıb. Buna səbəb dustaq Andrey İvanovun rəhbərliyə şikayət etməsi olub: “Dustaq yoldaşları hamısı Andreyin müdafiəsinə qalxdı. Həbsxana əməkdaşları dəyənəkləri işə saldılar”.

Digər kadrlarda həbsxana rəhbəri İqor Zabodalovun telefonda güc tətbiq edilməsinin vacibliyi ilə bağlı Cəzaların İcrası Federal Xidməti İdarəsinə məlumat verməsi əks olunur. İ.Zabodalov daha sonra həmkarlarına zəng vuraraq rəhbərliyə məlumat verdiyini deyir. Həmçinin güc tətbiqi ilə bağlı hıəmkarlarının məhbusları "üç" və "beş"ə uyğun cəzalandırıldığını xatırladır.

“Novaya qazeta” videkadrlardan cəzaçəkmə müəssisəsinin bəzi əməkdaşlarını tanıyıb. Bunlar - təhlükəsizlik şöbəsinin rəis müavini Kiril Skoroxod, təhlükəsizlik şöəbəsinin əməkdaşları Aleksandr Mixayloviç, Aleksandr Çirikov, Sanıç və təhlükəsizlik şöbəsinin rəis müavini Anton Vladimirdir.

Hazırda azadlıqda olan Yevgeni Makarov 2017-ci ildə həbsxana əməkdaşları tərəfindən döyülərək dəhşətli işgəncələrə məruz qalıb. Guya, Makarov qayda-qanunlara itaət etmədiyi üçün cəzalandırılıb. Videogörüntülər mətbuatda yayılandan sonra türmənin 15 əməkdaşı ilə bağlı cinayət işi qaldırıldı. Hazırda onlardan 12-si həbsdə, 3-ü isə ev dustaqlığındadır. virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam