Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyədə terror: Daha 2 polis öldü

img1904952

 

Türkiyənin Adana vilayətində 2 polisin ölümü ilə nəticələnən terror aktı törədilib. 

"Xeberinfo.com":   Məlumata görə, hadisə Seyhan rayonunun Dağlıoğlu məhəlləsində baş verib.
Dağlıoğlu polis bölməsinin əməkdaşları xidməti avtomobillə Adana “Güney” xəstəxanasının həyətindən çıxarkən PKK terrorçularının silahlı hücumuna məruz qalıblar. Ağır yaralanan 2 polis xəstəxanaya çatdırılsa da onların həyatını xilas etmək mümkün olmayıb. Hücum zamanı avtomobili sürən polis isə hadisəni xəsarətsiz ötüşdürüb.
Hadisə yerinə dərhal çox sayda polis və hüquq-mühafizə orqanının əməkdaşı cəlb olunub. Adana polis idarəsinin rəisi Cengiz Zeybek də hadisə yerində olub hücumun törədildiyi yerə baxış keçirib.
Faktla bağlı istintaq başladılıb və hücumu törədən terrorçuların ələ keçirilməsi istiqamətində əməliyyatlar davam edir.
Bir neçə gün əvvəl Türkiyə xüsusi xidmət orqanlarının təslim olan terrorçuların ifadələri əsasında hazırlanmış hesabat yayılmışdı. Bu hesabatsayəsində separatçı PKK terrorçularının bir çox gizlinləriaşkara çıxmışdı.

 

Anspress


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam