Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu ölkədə sel üç hərbçini apardı

 

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayəti Mircavə rayonunda üç sərhədçini sel aparıb.

Yenixeber.org: Bunu İranın Sistan və Bəluçestan vilayəti valisinin hüquq-mühafizə məsələləri üzrə müavini Məhəmməd Hadi Mərəşi deyib.

Hadi Mərəşinin sözlərinə görə, Mircavə rayonu 93 nömrəli sərhəd müşahidə qülləsi selin içində qalıb.

Hadi Mərəşi əlavə edib ki, müşahidə qülləsini tərk etmək istəyərkən sərhədçilərdən birini sel aparıb, onu xilas etmək istəyən iki hərbçini də sel aparıb.

“İndiyədək hərbçilərdən birinin cəsədi tapılıb, ikisinin cəsədinin tapılması üçün axtarışlar davam edir”, - deyə o qeyd edib.

Xatırladaq ki, ötən gündən başlayaraq İranın Sistan və Bəluçestan vilayətində aramsız yağan yağışlar çayların daşması ilə nəticələnib və vilayətin bəzi yolları bağlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam