Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

Cavanşir Feyziyevə məxsus “Porsche” ilə piyadanı vuran sürücünün məhkəməsi başlayır

 

Deputata məxsus “Porsche” ilə piyadanı vuran sürücünün məhkəməsi başlayır

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərdi Abbasovun və Azər Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Yenixeber.org: Cinayət işi materialları araşdırılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. İş üzrə zərərçəkmiş qismində Milli Məclisin deputatı Cavanşir Feyziyev tanınıb.

Cinayət işi hakim Tərlan Əkbərovun icraatında araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

Xatırladaq ki, qeyd edilən qəza Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. Belə ki, “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 40-45 yaşlı qadını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın “Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.

İlkin araşdırmalar zamanı ölən qadının, 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı olması müəyyənləşib. Qəzanı törədən Abbasov Fərdi Həsənağa oğlu cinayət məsuliyyətinə cəlb edilib.

O da məlum olub ki, “Porsche Cayenne GTS” markalı avtomobil deputat Cavanşir Feyziyevin adınadır.(ona)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam