Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“Tramadol” satan aptek müdiri şikayət etdi - Məhkəmə işi

Yenixeber.org: Müdiri olduğu aptekdə güclü təsir edən dərmanların qanunsuz satışı ilə məşğul olan Abiyev Tural Famil oğlu Ali Məhkəməyə şikayət edib.

Cinayət məcəlləsinin 240.2.1-ci maddəsi ilə məhkum olunan T.Abiyevin məhkəmə prosesi mart ayının 6-da hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək.

Bakı Şəhər Prokurorluğu və Şəhər Baş Polis İdarəsinin birgə məlumatında bildirilir ki, istintaqla 1988-ci il təvəllüdlü Abiyev Tural Famil oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında 2017-ci ilin sentyabr və oktyabr aylarında qanunsuz olaraq narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən “Tramadol 200 mq” adlı dərmanı əldə edib əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi icazə almadan işlətdiyi Bakı şəhəri, Yasamal rayonu, Ə. Haqverdiyev küçəsi, 74d saylı ünvanda yerləşən “Bizim Aptek”də saxlamasında və 23-24 oktyabr 2017-ci il tarixlərdə həmin aptekdə qanunsuz satdırmasında əsaslı şübhələr müəyyən edilib.

Aptek müdiri T. Abiyev və 2 işçisi- İbrahimova Səltənət İbrahim qızı və Hüseynova Kəmalə Ərəstun qızı iş üzrə Cinayət Məcəlləsinin 240.2.1 və 240.2.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrarən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. T. Abiyev barəsində isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam