Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Yasamalda narkotik tərkibli vasitələr satan aptek aşkarlandı

 

 

Paytaxtda fəaliyyət göstərən bəzi apteklərdə güclü təsir edən dərmanların qanunsuz satılması barədə vətəndaşlardan daxil olmuş müraciətlər Bakı şəhər Prokurorluğunda araşdırılıb

 

Yenixeber.org: Bu barədə Bakı şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsinin birgə məlumatında bildirilib.

Araşdırmalar zamanı Bakı şəhər sakininin əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya (xüsusi icazə) almadan Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 74 d ünvanında işlətdiyi “Bizim Aptek”in satıcısı tərəfindən müvafiq həkim resepti olmadan narkotik tərkibli vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən “Tramadol 200 mq” adlı dərmanı kəsilmiş həblər formasında qanunsuz satması müəyyən edilib.

Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 240.2.2 (təkrarən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma) və 192.1-ci (qanunsuz sahibkarlıq) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə tapşırılıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

 

Paytaxt ərazisində güclü təsir edən maddələrin qanunsuz satışını həyata keçirən apteklər barədə müxtəlif kütləvi informasiya vasitələrində, eləcə də, sosial şəbəkələrdə yayılmış məlumatlar tam, hərtərəfli və obyektiv araşdırılmaqla həmin maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam