Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Narkotik tərkibli dərman satan aptek işçisi yaxalandı

Daxili işlər orqanları Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilən, məhdudlaşdırılan narkotik vasitələrin və onların prekursorlarının, eləcə də psixotrop tərkibli dərmanların qeyri-qanuni satışının təşkil olunmasına qarşı mübarizəni davam etdirir.

Xeberinfo.com:   Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərə görə, Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinə (BNMİ) Yasamal rayonu ərazisində yerləşən apteklərdən birində dövriyyəsi qadağan edilən narkotik tərkibli dərmanların satışının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin aptekdə işləyən Şirvan şəhər sakini Tural Abıyev güclü psixotrop təsirə malik olan 9 ədəd “Lyrica” kapsulunu satarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan şəxsin işlədiyi aptekə baxış zamanı oradan əlavə olaraq psixotrop tərkibli 3200 ədəd “Tramadol”, 112 ədəd “Lyrica”, 1335 ədəd “Pregabalin” kapsulaları, 165 ədəd “Tradolex” ampulaları və 4 ədəd “Tropicamide Mydrax” flakonu aşkar olunaraq götürülüb. İlkin dindirmə zamanı, T.Abıyev işlədiyi aptekdə həmin dərmanların satışını həyata keçirdiyini etiraf edib.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam