Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda bir gecədə 4 maşın qarət olundu

Bakıda bir gecədə 4 maşın qarət olundu- VİDEO

Bakıda bir gecədə 4 avtomobil qarət olunub.

Yenixeber.org: Hadisə paytaxtın Nəsimi rayonu H.Seyidzadə 2A ünvanında baş verib.

Gecə saatlarında naməlum şəxs  və ya şəxslər sözügedən küçədə dayanan Əbasət Nəcəfova məxsus 90-KJ-412, Vahid Məmmədova məxsus 10-RC-008, Zöhrab Fərəcova məxsus 10-XK- 160, Mehman Baxışova məxsus 10-KP-015 dövlət qeydiyyat nişanlı avtomobillərin yan şüşələrini sındıraraq bəzi maşınlardan  şəxsi əşyalarını oğurlayaraq qaçıblar. Oğurluq barədə DİN-nin 102 "Qaynar xətti"nə  məlumat verilib. Dərhal əməliyyat-istintaq qrupu əraziyə gəlib və bu istiqamətdə axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb araşdırma aparılır.

Nəsimi rayonu H.Seyidzadə 2A ünvanında yaşayan sakinlər sözügedən oğurluq hadisəsinin baş verməsinə səbəb kimi həmin ərazinin işıqlandırmamasını göstəriblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam