Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“BakuBus”un avtobusları 3 piyadanı vurdu-biri öldü, ikisi xəsarət aldı

 

“Bakubus”a məxsus avtobuslar 3 piyadanı vurub, biri ölüb, ikisi xəsarət alıb.

Yenixeber.org: Hadisələrdən biri ötən gün paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.

“BakuBus” MMC-yə məxsus, 99 JH 068 dövlət qeydiyyat nişanlı “İveco” markalı avtobus yolu keçən ahıl yaşlı Mehriban Hüseynovanı vurub. Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib.

Digər hadisə isə ötən gün axşam saatlarında Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində baş verib. “BakuBus”a məxsus, 99 JH 075 dövlət qeydiyyat nişanlı “İveco” markalı avtobus 2 piyadanı vurub. Xəsarət alan piyadalardan biri evə buraxılıb. 1949-cu il təvəllüdlü Dinar Həmidzadə ağır kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bakı Nəqliyyat Agentliyindən (BNA) virtualaz.org-a bildirilib ki, ölümlə nəticələnən qəza piyadanın piyadalar üçün müəyyən olunmayan yerdən keçməsi səbəbindən baş verib. Hazırda hər iki məsələ ilə bağlı həm BNA, həm də digər müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam