Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bir gecədə 9 avtomobil qarət olundu -Bakıda - VİDEO - FOTO

Bir gecədə 9 avtomobil qarət olundu -

 

 

 

Bakıda bir gecədə 9 avtomobil qarət olunub

Yenixeber.org: hadisə Suraxanı rayonu, Qaracuxur qəsəbəsi Yaşar Əliyev küçəsində baş verib.

Gecə saat 3 radələrində naməlum şəxs sözügedən küçədə dayanan avtomobillərin yan şüşələrini sındıraraq orada olan şəxsi əşyaları, maqnitafonları və digər avadanlıqları götürərək qaçıb. Hadisə anı ərazidəki evlərdən birində quraşdırılan nəzarət kamerasına düşüb.

Oğurluq barədə Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinə məlumat verilib. Dərhal əməliyyat-istintaq qrupu əraziyə gəlib və zəruri hərəkətləri yerinə yetiriblər. İlkin araşdırmalar zamanı məlum olub ki, zərərçəkənlərə minimum 300, maksimum 1500 manat ziyan dəyib. Ümumi zərərin miqdarı isə təxminən 5 min manata yaxındır.

Pərviz Ələsgərov - Zərərçəkən: "Gecə növbəsində işləyən qonşularımız xəbər edib. Yaxınlaşıb görüb ki, maşının şüşəsi sınıb. Sonra yaxınlaşıb öz maşınına baxıb ki, öz maşını da sınıb. Biz də gəlib görmüşük ki, 9-a yaxın maşın qarət olunub. Telefon, adaptor, maqnitafon, "kolonka", monitor nə varsa pula gedən aparıblar.

Hələlik qarətçinin kimliyi məlum deyil. Bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Bir gecədə 9 avtomobil qarət olundu - Bakıda

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam