Bakıda tikilməkdə olan yaşayış binası çöküb.
Yenixeber.org: Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. İddialara görə, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Bravo” marketin yaxınlığında baş verib.
Əlavə məlumat öyrənməyə çalışırıq.
****
Xətai rayon icra hakimiyyətinin ictimaiətlə əlaqələr şöbəsinin rəhbəri Pənah İmanov minval.info saytına iddia ilə bağlı açıqlama verib. P.İmanov bildirib ki, həmin bina qanuni əsaslarla sökülür: “O bina çökməyib. Həmin binanın sökülməsi ilə bağlı qərar verilib. Hazırda buna əməl edilir və bina təhlükəsiz şəkildə sökülür. Sadəcə, yaranan görüntü insanları çaşdıra bilər”.
Minval.İnfo