Yenixeber.org: Dəniz tısbağası ovlamaq üçün La-Manş dənizinə üz tutanlar ingilislər tərəfindən təzyiqlə qarşılanıblar. Fransız balıqçıları onların qarşısını almaq üçün qayıq döyüşünə çıxıblar. Nəticədə ingilis balıqçılarının qayıqlarına ciddi ziyan dəyib.

İngiltərədən olan balıqçılar iddia ediblər ki, fransızlar onları mühasirəyə alaraq daş və metal alətlərlə hücum çəkiblər.

Qayıqlara ziyan dəydikdən sonra ingilislər öz limanlarına qayıdıblar. Hadisədə ölən, yaxud yaralanan olmayıb.