Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dilimiz dünyanın ən çətin dilləri sırasında- Siyahı

 

 

Xarici Xidmət İnstitutu (FSİ) ingilis dilinin daşıyıcısı tərəfindən digər dillərin öyrənilməsinə sərf edilən təxmini vaxt əsasında dillərin siyahısını hazırlayıb

 

Yenixeber.org: Azərbaycan dili ingilisdilli auditoriya üçün dünyanın ən çətin dillərindən biri kimi müəyyən edilərək dördüncü kateqoriyaya yerləşdirilib.

Siyahının müəllifləri 61 xalqın dilini öyrənmə müddətindən asılı olaraq beş kateqoriyaya bölüblər.

Tədqiqatlara əsasən, I kateqoriyaya ingilis dilinə yaxın olan 10 dil daxil edilib. Onların öyrənilməsi üçün 23-24 həftə lazımdır. Buraya afrikaans (holland dilində dialekt), norveç, flamand, Danimarka, portuqal, rumın, ispan, isveç, fransız və italyan dilləri daxildir.

II kateqoriyaya təkcə alman dili düşüb - 30 həftə.

III kateqoriyada üç dil var. Ekspertlər hesab edirlər ki, ingilislər 36 həftəyə İndoneziya, malay və suaxili dillərini öyrənə bilərlər.

Dördüncü kateqoriyada Azərbaycan, türk, rus, Ukrayna, serb, fin, gürcü və erməni dilləri daxil olmaqla ümumilikdə 40 dil var. İngilislər bu dilləri öyrənmək üçün 44 həftə sərf edəcəklər.

Və nəhayət ingilislər üçün ən çətin sayılan beşinci kateqoriyada iki çin dialekti, həmçinin ərəb, yapon və koreya dilləri daxil edilib. Bu dilləri öyrənmək istəyənlərə 88 həftə və ya 2200 saat lazım olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam