Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qeyri adi oğurluqlar:Yaşadığı evdən, sevgilisindən və yarımtikilidən...

 Abşeron rayon polis idarəsinin əməkdaşları ayrı-ayrı məkanlarda oğurluq etməkdə şübhəli bilinən 3 nəfəri yaxalayıblar

Yenixeber.org: 26 yaşlı Oleq Larkov uşaq evində böyüyüb. 
18 yaşı tamam olduqdan sonra dövlət tərəfindən verilən evdə yaşayıb. Daha sonra isə həmin evdən oğurluq edib.

Oleq Larkov - saxlanılan şəxs:Hardasa 2015-ci ildə məzunlar evində mənə ev verilmişdi. Bir müddət yaşadıqdan sonra sıxıntılarım oldu, dövlətin mənə verdiyi əmlakdan 3 əşya oğurlayıb satmışdım. Bir televizoru 100 manata, bir soyuducunu 150 manata, bir dənə də qaz sobasını 100 manata satdım.

Saxlanılan şəxslərdən biri də Tərtər rayonunun Dəmirçilər kənd sakini 23 yaşlı Nəcməddin Əlizadədir. Binəqədi rayonunda kirayənişin yaşayan Nəcməddin sevdiyi xanımın evindən oğurluq edib. Qızla mübahisə etdiyini bildirən Əlizadə bu yolla ondan heyf çıxmaq istədiyini bildirib.

Nəcməddin Əlizadə - saxlanılan şəxs: “Açarın yerini bilirdim, çöldə qoymuşdu. Evə gedib-gələn idim, açdım, 1400 manat pul idi. Bir də 20 dollar. Götürdüm çıxdım. Xərcləmədən tapdılar. Gətirib təhvil verdim bura”.

Üçüncü saxlanılan şəxs isə Göyçay rayon sakini 27 yaşlı Neman Qasımovdur.

Neman, Qobu qəsəbəsi ərazisində yarımtikilidən su çəni və inşaat materialları oğurlamaqda təqsirləndirilir. Dediyinə görə, oğurladığı malları icarəyə götürdüyü “Qazel” markalı avtomobillə aparıb.

Neman Qasımov - saxlanilan şəxs: “Qobudan bir dənə çən apardım, balaca çən. Tək idim. Maşını dala verdim, bir tərəfini qaldırdım. Sürütlədim. Ümumi 120-130 manat pul çıxartdım”.

Hər üç faktla əlaqədar Abşeron rayon polis idarəsində cinayət işi başlanıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam