Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Əmisi oğlunu öldürən şəxs məhkəmədə ifadə verib:"Söyüşə görə onu bıçaqladım"

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əmisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Rəşad İsgəndərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb

 

 

  Yenixeber.org:                 Hakim Mayıl Bayramovun sədrliyi iıə keçirilən prosesdə prokuror ittiham aktının elan edib.

İttihamda qeyd edilib ki, R.İsgəndərov ötən il Xəzər Rayonu Türkan qəsəbəsində birlikdə fəhlə işləyən əmisi oğlu Pərviz İsgəndərovun ürək nahiyyəsindən bir bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Hadisəyə səbəb isə söyüş olub. Hər iki əmioğlu spirtli içkinin təsirindən bir-birini söyüblər. Bundan sonra R.İsgəndərov əmisi oğlunu öldürüb.

İttihama münasibət bildirən R.İsgəndərov özünü təqsirli bildiyini deyib. O, məhkəmədə sərbəst ifadə verən zaman söyləyib ki, hadisə söyüş üstündə olub: "Söyüş söydüyünə görə onu bıçaqla vurdum".

Daha sonra zərərçəkmişin hüquqi varisi Məzahir İsgəndərov dindirilib. O, qətlə yetirilən şəxsin oğlu olduğunu vurğulayıb: "Rəşadı bağışlayıram. Onun həddi-buluğa çatmış uşağı olsaydı, Rəşada göstərərdim bala dağı nə olan şeydi. Allah mənə vaxt versin onun çıxmağını gözləyirəm".

Bu zaman hakimlər onun sözünü kəsiblər.

Məhkəmə iclası martın 29-na təyin edilib.

Qeyd edək ki, R.İsgəndərov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam