Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sabiq nazirin xalası oğlunun ölüm işi

mehkeme-16

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Xeberinfo.com:  Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ekspert Naib Abbasov ifadə verib. O bildirib ki, qətlə yetirilən Füzuli İsgəndərovun bioloji ölümü ilə bağlı rəy verib.

Şahid qismində ifadə verən cərrah Xəqani Şahverdiyev bildirib ki, Su-Tikinti Xəstəxanasında ölüm hadisəsi olduğunu eşidib: “Hadisə zamanı xəstəxanada idim. Bu zaman sarğı otağına girdim. Xalidə İsgəndərovanın barmağı kəsilmişdi”. 

Prosesdə şahid qismində polis əməkdaşı, sahə rəisi olan Ədalət İsmayılov ifadə verib. O, ifadəsində deyib ki, onlar kamera görüntülərinə baxış keçiriblər:“Görüntülərdə cavan oğlan vardı. Lakin onun şəxsiyyəti müəyyən edilmədi”.
Məhkəmə prosesi avqustun 4-də davam edəcək(APA).
Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin yaxınlığında qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb. Qətlə yetirilən F. İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam