Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bacısının keçmiş həyat yoldaşını bıçaqlayan şəxs məhkəmədə ifadə verib

 

 Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Akif Babayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib

 

Yenixeber.org: Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda qeyd olunub ki, hadisə ötən il "NZS" qəsbəsində baş verib. A.Babayev bacısı Xəyalə Babayevanın keçmiş həyat yoldaşı Səbuhi Əhmədovu bıçaqlayıb. Buna səbəb isə ailə münaqişəsi zəminində yaranmış mübahisə olub. A.Babayev S.Əhmədova bacısını narahat etməsini əsas gətirərək bıçaq zərbəsi endirib.

Daha sonra ittihama münasibət bildiriən A.Babayev özünü təqsirli bildyini söyləyib. O ifadəsində vurğulayıb ki, hadisə baş verən gün bacısı ilə birlikdə işə gedib: "Bu zaman Səbuhi Məmmədov yolda bizə yaxınlaşdı. Sonra evə qayıtdıq. Səbuhini söhbət etmək üçün evə çağırdım. Uşaqları gəlib görürdü, heç bir problem yox idi. Onunla danışdıq. Sözümüz düz gəlmədi, mən də onu vurdum".

Zərərçəkmiş S.Əhmədov məhkəmədə dindirilən zaman bildirib ki, hadisə baş verən gün keçmiş həyat yoldaşı ilə görüşmək istəyib. O qeyd edib ki, keçmiş həyat yoldaşının xəstə olduğunu öyrənib: "Onu narahat etmək fikrin yox idi. Müalicəsinə kömək etmək üçün getmişdim. O, iki uşağımın anasıdır. Uşaqlarımı da vaxtında görürdüm. Heç bir narahatçılıq da yox idi".

S.Əhmədov ifadəsində təqsirləndirilən A.Babayevə qarşı şikayət və tələbinin olmadığını deyib.

Məhkəmənin növbəti prosesi martın 7-nə təyin edilib.

Qeyd edək ki, A.Babayev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam