Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Səfirlik əməkdaşının adı qətl işində

qetl_qan_el_sekli_00

 

Bakıda öldürülən məmurun atası: “Gəlinim deyirdi ki, oğlun mənim əlimdə öləcək”
Xeberinfo.com:   Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə X.İsgəndərovanın ibtidai istintaq zamanı verdiyi bir neçə ifadə elan edilib. O, ifadələrində ərini öldürmədiyini, onu evə girən bir oğlanın öldürdüyünü deyib. Bildirib ki, cinayəti törədənlər iki nəfərdir və qətldə baldızının əri Mahirin əlinin də olmasından şübhələnir. O, ifadəsində evdə olan qan izlərindən xəbərinin olmadığını da göstərib.
Daha sonra prosesdə X.İsgəndərovanın qayınatası Xalıqverdi İsgəndərov ifadə verib. O, ifadəsində bildirib ki, oğlunun ailəsində vəziyyət hər zaman gərgin olub: “Xalidə hər şeyi yalan danışır, özünü müdafiə edir. Mən ilk gündən hadisənin Xalidə tərəfindən törədildiyini demişəm. Xalidə özü deyirdi ki, Fizuli mənim əlimdə öləcək. Hadisədən səkkiz ay sonra nəvəm Əmanə ilə görüşdüm. O da hadisənin anası Xalidə tərəfindən törədildiyini təsdiqlədi. Onun sözlərinə görə axşam dalaşıblar. Xalidə Fizulini bıçaqlayıb. Bu zaman Fizuli qaçaraq həkimə getmək istəyib. Xalidə deyib ki, o, həkimə getsə, bizi tutacaqlar. Ona görə də ərini öldürüb. Hadisədən sonra Xalidə Türkiyədəki Azərbaycan səfirliyində işləyən qardaşına zəng edib. O da deyib ki, belə bir yalan danış. Xalidə mənə məktub yazıb ki, Fizulinin qəbrinin üstünə çəkilən xərcin 50 faizini, üstünə örtməyə aldığı ipəyin pulunu sən verməlisən. Hadisə baş verən gün mən onlara gedəndə gördüm ki, Xalidə bacısı Adilə ilə qan ləkələrini yuyur. Dedim yumayın, qoyun gəlib polislər, ekspert yoxlasın. İstəyirəm ki, Xalidə və onun qardaşı İlyas qanun qarşısında cavab verib ən ağır cəzanı alsınlar”.
Məhkəmə aprelin 19-da davam etdiriləcək.
Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin yanında qətlə yetirilib. Bakı şəhər prokurorluğu və Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb.
Qətlə yetirilən F.İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. Mərhum, həmçinin Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam