Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

«Neftçilərin axtarışına xarici şirkətlər cəlb olunmalıdır» -Neftçilərin axtarışı niyə nəticə vermir?

neftci-xatire

 

Mirvari Qəhrəmanlı: «Bu qədər vaxt itkisinə getməkdənsə, xaricdən mütəxəssis qrupu gətirib xilasetmə və axtarış işini onlara tapşırmaq lazım idi»

Xeberinfo.com:   “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar xilasetmə və axtarış tədbirləri hələ də davam edir. Amma ortada bir nəticə yoxdur. Yalnız ilk gün bir neftçinin meyidi tapılıb. Axtarış tədbirlərinin nəticə verməməsi nəylə bağlıdır? Olmazdımı ki, axtarışlara bu istiqamətdə daha böyük təcrübəsi olan xarici struktur cəlb olunaydı?

“15 dekabrda Xəzərdə baş verən, 10 neftçimizin faciəli şəkildə dünyasının dəyişməsinin məsuliyyəti Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyinin üzərinə düşür. Bu hadisə bir daha onu göstərdi ki, adı çəkilən qurumun rəhbərliyi bir il öncə baş vermiş məlum faciədən nəticə çıxarmamış, səriştəsiz davranışlarını, pis idarəçiliyini davam etdirmişdir. Bu barədə “Mədən Sənayesində Şəffaflığın Artırılması” QHT Koalisiyasının (MSŞA) bəyanatında deyilir.

Dekabrın 15-də güclü külək ARDNŞ-nin Xəzər dənizindəki estakadasının bir hissəsini uçurub və neftçilərin olduğu butka dənizə düşüb. Butkada olan 10 neftçi itkin düşüb. Onlardan indiyədək yalnız bir nəfərinin cəsədi tapılıb.

MSŞA QHT Koalisiyası baş vermiş faciənin qurbanlarının ailələrinə dövlət hesabına təminatlı kompensasiya verilməsini, günahkarların məsuliyyətə cəlb edilməsini, Xəzər dənizində ARDNŞ-yə məxsus platformların yenidən qurulmasını, neftçilərin əmək və təhlükəsizlik şəraitinin yaxşılaşdırılması üçün təxirəsalınmaz tədbirlər görülməsini tələb edir.

Sıralarında 150- dən artıq QHT-ni birləşdirən MSŞA QHT Koalisiyası bildirir ki, son bir ildə Xəzər dənizində ARDNŞ- ə məxsus estakadada ikinci dəfədir ki, anoloji faciə baş verir.

“Keçən ilin 5 dekabrında Xəzər dənizində yerləşən Günəşli yatağının 10-cu platformasında 30 nəfər neftçinin həyatına son qoyan, 30-dan çox vətəndaşımızın xəsarət alması ilə nəticələnən dəhşətli yanğın baş vermişdi. Hər iki faciənin baş verməsi məmur özbaşınalığının, cinayətə bərabər səhlənkarlığın, səriştəsizliyin və korrupsiyanın nəticəsi olaraq meydana gəlib. İnsan tələfatı ilə nəticələnən bu hadisələrdən aydın olur ki, ARDNŞ- in tabeliyində olan platformalarda təhlükəsizlik qaydalarına əməl olunmur, neftçilər lazımi keyfiyyətdə qoruyucu geyim, xilasedici jiletlər və qayıqlarla təmin edilməyib. Platformaların istismar müddəti çoxdan bitib, istifadə üçün yararlı və təhlükəsiz deyil”, sənəddə qeyd edilir.

QHT Koalisiyası bildirir ki, hadisə ilə bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə (ehtiyatsızlıq səbəbindən əmək təhlükəsizliyi qaydalarının pozulması nəticəsində insan ölümü) cinayət işinin qaldırılsa da, bu ARDNŞ-nin gələcək fəliyyətində daha məsuliyyətli olacağına da zəmanət vermir.

“Çünki ARNDŞ rəhbərliyi indiyə qədər ölkə daxilində və xaricində çoxlu sayda korrupsiyaya yol açan səmərəsiz layihələr həyata keçirmiş və bu məqsədlə 100 milyon manatlarla vəsait xərcləsə də, əsası 1960 və 1970-ci illərdə qurulan, istismar müddəti çoxdan bitən, mənəvi və fiizki cəhətdən köhnəlmiş platformaları, estakadları təmir etməyib. Acınacaqlı haldır ki, ARDNŞ Bakının mərkəzində dəyəri 335 milyon manat olan ofis binası tikir, futbol üzrə Avropa çempionatına sponsorluq edir, xarici futbil klublarını maliyyələşdirir, erməni kilsələrinə qaz verir, lakin əsas fəaliyyətinə cəlb edilmiş işçilərinin rahat və təhlükəsiz çalışması üçün lazımi şərait yaratmır, onların əməyin düzgün təşkili və təhlükəsizliyini təmin etmir”, bəyanatda deyilir.

mirvari-qehremanli3

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hesab edir ki, axtarış-xilasetmə işlərinin fayda verməməsinin bir neçə səbəbi var. Burada birinci səbəb SOCAR-ın tərkibindən Xəzər Dəniz Donamasının çıxarılmasıdır. SOCAR-ın hazırda öz gəmiləri yoxdur: «Gəmilərin olmaması isə hər hansı hadisə baş verən zaman operativliyin təminatını mümkünsüz edir. Hadisə baş verəndə bu barədə FHN-ə məlumat verilməlidir. ARDNŞ FHN-dən gəmini sifariş verir. Amma gəmidə xilasetmə və axtarış işlərini FHN işçiləri icra edirlər. SOCAR-ın halbuki özünün qəza və dalğıc xidməti var. FHN-in isə Binəqədi bina yanğını zamanı fəaliyyəti göz önündədir. Eyni zamanda «Günəşli» yatağından təxliyə də təşkil oluna bilmədi».

M.Qəhrəmanlının fikrincə, neft və qaz çıxarması ilə məşğul olan şirkətlər təhlükəsizliyə xüsusi önəm verməlidirlər. Eyni  zamanda xilasetmə xidməti olmalıdır və onlar mütamadi olaraq hazırlıq keçməli, təcrübələrini yeniləməlidirlər: «Birincisi SOCAR-ın öz gəmiləri olmalıdır. Bu hadisə zamanı vaxt itkisini minimuma endirir. SOCAR-da əsas qurumları o qədər azaldıb, ixtisara salıblar ki, sonda da bu cür vəziyyət yaranıb. ARDNŞ-i ikinci dövlət büdcəsinə çeviriblər. Bu hökumətin yanlış siyasətidir. ARDNŞ yalnız hasilatla məşğul olmalıdır. Əslində bu qədər vaxt itkisinə getməkdənsə, xaricdən mütəxəssis qrupu gətirib xilasetmə və axtarış işini onlara tapşırmaq lazım idi. Eyni zamanda bu yerli mütəxəsislərin təcrübə qazanması baxımından da xeyirli olardı».

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam